Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-06-2024 , 09:17

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: ““Yaşıl dünya naminə həmrəylik ili”nə  hər bir bələdiyyə öz töhfəsini verməli, ciddi layihələrin icrasına nail olmalıdır”

“Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP 29-a bu il ev sahibliyi etməsi cənab Prezident İlham Əliyevin növbəti qələbəsidir” - bu fikirləri Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.  

Sədr qeyd edib ki, cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmunundan xəbər verir. Belə bir ilə hər bir bələdiyyə öz töhfəsini verməli, ciddi layihələrin icrasına nail olmalıdır.

Təmraz Tağıyev bildirib ki, Nərimanov Bələdiyyəsində cari ilin əvvələrində  “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planı bələdiyyə iclasında təsdiq edilərək icrasına start verilib. Belə ki, bu gün bələdiyyənin xidmət sahəsi olan yeddi hektarlıq yaşıllıq zolağında ciddi layihələr icra edilməkdədir. Ötən ildən başlayaraq yaşıllıq zolağının su ilə təmin edilməsi məqsədiylə ərazidə yeddinci su quyusu istismara verilib.

Sədr  bildirib ki, digər park və bağların suvarılmasında artıq bizim quyuların sularından da istifadə edilir. Bununla yanaşı ərazidə işin keyfiyyətini artırmaq məqsədiylə  damcı suvarma sistemi quraşdırılıb. Ərazidə xidmət səviyyəsi kifayət qədər yuksək səviyyədə təşkil edilib.

Bu gün bir sıra mərkəzi və yerli icra orqanları, habelə beynəlxalq qurumlar ağacəkmə aksiyalarını bizim yaşıllıq zolağında həyata keçirmələri Nərimanov Bələdiyyəsinə göstərilən diqqət kimi qəbul edirik. Fürsətdən istifadə edib, üzümü  mərkəzi və yerli icra qurumlarının təmsilçilərinə, habelə sosial media istifadəçilərinə tutaraq bildirmək istərdim:

-        Sosial media platformalarında ağacların köçürülmə, habelə onlara aqrotexniki  qulluğun göstərilməsiylə bağlı bəzən qeyri-obyektiv fikirlər səsləndirilir. Tövsiyə  edərdim ki, bizim bələdiyyənin bu sahədəki təcrübəsindən yararlansınlar və təcrübəsini paylaşsınlar.Yeddi hektarlıq ərazidə cari ildə 3000-ə yaxın “Eldar” şamı, küknar ağacı, hətta son günlərdə 100 ədəd zeytun ağacı əkilərək gündəlik olaraq qulluq göstərilir.

Bir çox  hallarda əraziyə digər ərazilərdən də köçürülmələr həyata keçirilir. Hətta bir müddət əvvəl əraziyə köçrürülmüş qiymətli “Palma” ağacı təcrübəli bağbanlarımızın göstərdiyi xidmət nəticəsində ərazinin təbii mühitinə uyğunlaşaraq cücərməyə başlamışdır.  Yaşıllıq zolağında  bundan sonra da  kifayət qədər ağacın əkilməsi üçün ərazi var. Bu gün yaşıllıq zolağına ağacların köçürülməsini də həyata keçirmək olar.

İlin sonunda növbəti  ağacəkmə mövsümündə sizlərlə birgə əraziyə çoxsaylı müxtəlif çeşidli ağacları əkərək “Yaşıl dünya naminə həmrəylik ili”nə daha böyük töhfələr verəcəyik.

Nərimanov Bələdiyyəsi olaraq “Yaşıl dünya naminə həmrəylik ili”ndə  öz töhfəmizi bundan sonra da verməklə, COP29-un yetərincə genişhəcmli, çoxşaxəli sosial-iqtisadi, ictimai-siyasi yanaşmaların formalaşmasına, ölkəmiz üçün pozitiv yeniliklərə gətirib çıxaracağına inamımız yüksəkdir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər